5.1.15.
Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi ödəyicisinə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə borcu barədə arayışın verilməsi
- Tender komissiyasına təqdim ediləcəyi qeyd edilməklə sərbəst formada müraciət ərizəsi
(vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)
- VM-nin 15 və 24-cü maddələri
- “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun
- “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli Qanunun 23-cümaddəsi
- DVX-nin 26.01.2022-ci il tarixli 2217040100077500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün)
ərazi prinsipi nəzərə alınmaqla MGBİ-nin İqtisadi təhlil və uçota nəzarət idarəsi, BŞLGBİ-nin Proqnoz göstəricilərinin icrasına nəzarət idarəsi, ƏVBİ-nin və ƏVİ-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbələri, Naxçıvan MR DVX-nin ƏVİ-nin Büdcə proqnozunun icrasına nəzarət şöbələri
10 iş günü
Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə borcu barədə arayış
Qismən elektronlaşıb