Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları

Xidmətin adı

5.6.
Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışının verilməsi

Tələb olunan sənədlər

- Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)
- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla)
Qeyd: Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar təsisçi (lər) və ya onun (onların) nümayəndəsi (ləri) tərəfindən müraciət olunduqda təqdim edilir) dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə “Dövlət rüsumu haqqında” AR-nın Qanununa müvafiq olaraq rüsum tutulmaqla verilir.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun
- “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun
- “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 24-cü maddəsi
- “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri
- DVX-nin 04.04.2022-ci il tarixli 2217040100297300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer və ya platforma

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGBİ-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün),
MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi

Müraciəti emal edən struktur bölmə

ərazi prinsipi nəzərə alınmaqla MGBİ-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVBİ-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Naxçıvan MR DVX-nin ƏVİ-nin vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu şöbələri

İcra müddəti

15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

- Dövlət reyestrindən çıxarış

Elektronlaşdırma səviyyəsi

Qismən elektronlaşıb

Keçid