Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları

Xidmətin adı

6.5-e-m.
DVX-ə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi

Tələb olunan sənədlər

- Gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

- “İnformasiya əldə etmək haqqında” Qanunun 10-cu maddəsi
- AR Prezidentinin 12.05.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR DVX-nin Əsasnaməsi”nin 3.0.23-cü yarımbəndi
- AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
- NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.35-ci bəndi
- VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “VN-nə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer və ya platforma

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az və www.new.e-taxes.gov.az)

Müraciəti emal edən struktur bölmə

DVX-nin Aparatının Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) baş idarəsi və Rəqəmsal vergi inzibatçılığı baş idarəsi

İcra müddəti

dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər

Müraciət etmiş şəxslər DVX-ə göndərdiyi müraciətin icra vəziyyəti barədə məlumatı onlayn rejimdə əldə edir

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb

Keçid

https://new.e-taxes.gov.az/eportal/az/login